10 yanvar 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin IV sinfində təhsil alan şagirdlərinin valideynləri ilə "Valideyn-Müəllim Seminarı" layihəsi çərçivəsində görüş keçirilmişdir.
Tədbirdə valideynlərə övladlarının təhsilinə daha yaxşı dəstək olmaq, ev tapşırıqlarını effektiv hazırlamaq və imtahanlarda uğur strategiyaları barədə məlumat verilmişdir. Görüşün keçirilməsində məqsəd valideynləri uşaqlarının inkişafında fəal rol oynamağa təşviq etməkdir.



Yeni Şərh