Noyabrın 19-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Siyəzən rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş təşkil olunmuşdur.

Görüş zamanı ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin nailiyyətlərinin artırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılmış, qarşıda duran hədəflər müzakirə edilmişdir. IV və VI siniflər üzrə keçirilən monitorinq nəticələrinin və IX sinif buraxılış imtahanının nəticələrinin izlənilməsi və buna müvafiq olaraq tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Respublika fənn olimpiadalarında şagirdlərin nəticələrin daha da yaxşılaşdırılması istiqamətində tövsiyələr verilmişdir.

Eyni zamanda, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Siyəzən rayonu üzrə ümumi təhsil müəssisələrində BilBacar müsabiqəsinin "Yarış" mərhələsinin nəticələri müzakirə edilmişdir.

Sonda məktəb rəhbərlərinin sualları cavablandırılmışdır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ