Respublika Fənn Olimpiadaları, Respublika Fənn Müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadalarına hazırlığın təşkili, istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların potensialının inkişaf etdirilməsi məqsədilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonunun bir qrup ümumi təhsil müəssisəsinin direktorları ilə görüş keçirilib.

Görüş zamanı şagirdlərin olimpiadalara hazırlıq prosesinin səmərəli təşkili, istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işin aparılması məsələləri müzakirə olunub.