Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirilmişdir.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsi tədrisin keyfiyyəti sektorunun əməkdaşları və peşəkar psixoloqlar iştirak etmişlər.
Görüş zamanı valideyn–məktəb əməkdaşlığının əhəmiyyəti, son dövrlərdə şagirdlər arasında müşahidə olunan aktual məsələlər və onların həlli yolları, eləcə də təhsilalanların psixoloji və nitq inkişafının dəstəklənməsi istiqamətində görüləcək işlər geniş müzakirə olunmuşdur.
Yeni Şərh