“Zəfər” Respublika Yaradıcılıq Festival-Müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin final mərhələsində qalib gələn şagirdlər ilə görüş keçirilib. Tədbirdə Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədov, şəhid ailələri, şagirdlər və valideynlər iştirak ediblər.
Festival-müsabiqə milli mədəniyyətin təbliği, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi və Vətən müharibəsində şəhidlərimizin xatirəsinin ehtiramla anılması məqsədilə təşkil olunub.
Ramin Məmmədov çıxışında qalibləri təbrik edib və ölkəmizdə istedadlı şagirdlərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. Daha sonra qalib şagirdlərə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanları və hədiyyələri təqdim edilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsini təmsil edən 28 şagirddən 27-si müxtəlif nominasiyalar üzrə qalib olub.
#ElmVəTəhsilNazirliyi #MÜTDA #EduAz #QubaXaçmazRTİ





Yeni Şərh