Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorların adaptasiya proqramı görüşü təşkil olunmuşdur.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak edib.
Görüş zamanı yeni təyin olunmuş direktorlarla 2026–2027-ci tədris ilində həyata keçiriləcək fəaliyyətlər, idarəetmədə prioritet istiqamətlər və qarşıda duran əsas vəzifələr barədə müzakirələr aparılıb. Direktorların fəaliyyətinin səmərəli təşkili, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı onlara müvafiq tövsiyələr verilib, metodiki dəstək göstərilib.
Yeni Şərh