Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.
Görüşün keçirilməsində məqsəd aparılmış monitorinqlər nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələrin verilməsi, iş prosesində yaranan ehtiyacların müəyyən edilməsi və fəaliyyətin səmərəliliyinin artırılması üçün fikir mübadiləsinin aparılması olmuşdur.
Bununla yanaşı, görüşdə növbəti tədris ili üzrə şagird qəbulu, fəaliyyət planları və qarşıya qoyulan hədəflər müzakirə edilmişdir.





Yeni Şərh