Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən STEAM layihəsinin tətbiq olunduğu təhsil müəssisələrində monitorinq və görüşlər davam etdirilir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən region üzrə STEAM dərslərinin tədris vəziyyəti yoxlanılmış, həmçinin STEAM avadanlıqlarına baxış keçirilmişdir. Eyni zamanda dərslərin tədrisi zamanı qarşıya çıxan mövcud çətinliklər, eləcə də müəllimlərin Vahid Elektron Sistem (VES) platformasından istifadə zamanı qarşılaşdıqları məsələlərlə bağlı STEAM fənlərini tədris edən müəllimlərlə görüş təşkil olunmuşdur.

Görüş zamanı müəllimlərin rəy və təklifləri dinlənilmiş, tədris prosesinin daha səmərəli təşkili istiqamətində geniş müzakirələr aparılmışdır.

 Hazırda region üzrə:

 11 təhsil müəssisəsində STEAM layihəsi tətbiq olunur;

 1 STEAM mərkəzi fəaliyyət göstərir;

 263 sinifdə ümumilikdə 6240 şagird STEAM dərslərinə cəlb olunub.

STEAM dərslərinin keyfiyyətinin artırılması, innovativ tədris mühitinin inkişaf etdirilməsi və müəllimlərin peşəkar dəstəklənməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.