Evdə təhsil alan şagirdlərin məktəbdənkənar fəaliyyətlərinin genişləndirilməsi məqsədilə onlayn görüşlər davam etdirilir

Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən evdə təhsil alan şagirdlərin sosial inteqrasiyasına, ünsiyyət bacarıqlarının inkişafına və yaradıcılıq potensiallarının üzə çıxarılmasına dəstək məqsədilə Microsoft Teams platforması üzərindən onlayn formatda ardıcıl görüşlər təşkil olunur.

Təşkil olunan görüşlərdən biri nağıl dinləmə və müzakirə fəaliyyətinə həsr olunmuşdur. Şagirdlərə nağıl qəhrəmanının təqdimatında səsləndirilmiş nağıl təqdim edilmiş, onların maraq dairələri nəzərə alınaraq interaktiv və maarifləndirici mühit yaradılmışdır.

Digər görüş çərçivəsində isə Jigsaw Planet Web 2.0 alətindən istifadə edilməklə şagirdlərlə birgə nağıl qəhrəmanlarının pazlları yığılmışdır. Bu fəaliyyət şagirdlərdə maraq yaratmaqla yanaşı, onların əməkdaşlıq və birgə işləmə bacarıqlarının inkişafına da töhfə vermişdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ