Qızıl nişana layiq görülmüş məzunlarla görüş keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI siniflərini müvəffəqiyyətlə başa vuraraq qızıl nişana layiq görülmüş məzunlarla görüş keçirilib.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak ediblər.

Görüş zamanı məzunların təhsil müddətində göstərdikləri yüksək nəticələr, əldə etdikləri uğurlar və qarşıda duran hədəflər barədə fikir mübadiləsi aparılıb. Məzunların qazandıqları nailiyyətlərin onların davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğu vurğulanıb.

Regional Təhsil İdarəsinin rəhbərliyi məzunları əldə etdikləri yüksək nəticə münasibətilə təbrik edib, onlara ali təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.