Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova müəllimlər arasında keçirilən “Nə? Harada? Nə zaman?” və “Xəmsə” intellektual oyunu üzrə Respublika çempionatının qalibləri ilə görüş keçirmişdir.

Görüşdə müəllimlərin əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilmiş, intellektual yarışların pedaqoqların bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığı vurğulanmışdır. Qalib müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulanmış, bu cür yarışların davamlı keçirilməsinin əhəmiyyəti qeyd edilmişdir.

Sonda qalib müəllimlər Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təşəkkürnamələrlə təltif olunmuşdur.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ