Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qalibləri mükafatlandırılıb

Yanvarın 27-də 2024–2025-ci tədris ili üzrəMəktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında qalib olmuş şimal-qərb bölgəsi məktəblilərinin mükafatlandırılma mərasimləri keçirilib.

Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, rayon təhsil sektor müdirləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Çıxış edənlər qalibləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edərək, onlara gələcək olimpiada və müsabiqələrdə uğurlar arzulayıblar.

Sonda qaliblərə diplomlar, mükafatlar və hədiyyələr təqdim olunub.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ