Qarabağ Universiteti ilə bağlı məlumatlandırıcı görüş keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin X və XI sinif şagirdlərinin iştirakı ilə Qarabağ Universiteti barədə məlumatlandırıcı görüş keçirilib.

Tədbirdə Qarabağ Universitetinin nümayəndələri və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.

Görüş zamanı iştirakçılara Qarabağ Universitetinin bakalavriat səviyyəsinə qəbul prosesi, qəbul aparılacaq ixtisaslar, tələbələr üçün yaradılmış şərait, tədris imkanları və gələcək karyera perspektivləri haqqında ətraflı məlumat təqdim edilib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.