Yenidən təşkil edilmiş Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbə qəbul olmaq istəyən şagirdlərin valideynləri ilə görüş keçirilib.
Sentyabrın 11-də yeni tədris ilində tam orta təhsil səviyyəsi üzrə təhsilini Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbdə davam etdirmək istəyən, qeydiyyatdan keçən şagirdlər və onların valideynləri ilə görüş təşkil olunub. Görüş zamanı sözügedən məktəbdəki təhsil imkanları və qarşıda duran hədəflər müzakirə edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.





Yeni Şərh