Quba-Xaçmaz Regional Təhsil İdarəsi "Məktəblərin valideynlər qarşısında illik hesabatı" layihəsinə start verir.

Layihənin keçirilməsində məqsəd valideyn və məktəb əməkdaşlığını gücləndirmək, valideynlərin tədris prosesində aktiv iştirakını təmin etməkdir.

Bu məqsədlə sentyabrın 4-də Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbinin rəhbərliyi tərəfindən valideynlərlə görüş keçirilmişdir. Görüş zamanı 2023-2024-cü tədris ilində görülmüş işlər və həyata keçirilən layihələr barədə valideynlərə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, ötən tədris ilində məktəbin ictimai işlərində fəallıq göstərən valideynlərə fəxri fərman təqdim edilmişdir. Eyni zamanda yeni tədris ilində qarşıda duran hədəflər müzakirə edilmiş, görüş iştirakçılarına məktəbdə tətbiq olunacaq layihələr barədə məlumat verilmişdir.

Tədbirin yekununda şagirdlərin təcrübə sahəsində yetişdirdikləri məhsullardan ibarət "Şagird Əməyi Sərgisi" adlı satış yarmarkası keçirilmişdir. Bu yarmarka şagirdlərin əkinçilik və kənd təsərrüfatı sahəsində qazandıqları bilik və bacarıqları nümayiş etdirməyə imkan yaratmışdır. Valideynlər və qonaqlar yarmarkada sərgilənən məhsullara böyük maraq göstərmiş və şagirdlərin zəhmətini yüksək qiymətləndirmişlər.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ