Quba rayonunda təhsil sahəsində uğur qazanmış gənclərlə görüş keçirilib
12 sentyabr 2024-cü il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində Quba rayon ümumi təhsil müəssisələri üzrə 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclər və Respublika fənn olimpiadasının qalibi olan şagirdlərlə görüş keçirilmişdir.
Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul şəxsləri, təhsil işçiləri iştirak etmişdir.
Çıxış edənlər, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu, islahatları, yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi sahəsindəki uğurlardan danışmış, tələbə adını qazanan gəncləri və olimpiada qalibi olan şagirdləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Tələbə adını qazanan gənclər və eləcə də onların təhsil aldıqları məktəblərin rəhbərləri, yaradılan şəraitə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda, 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclərə və Respublika fənn olimpiadasının qalibi olan şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir.





Yeni Şərh