Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə sentyabr konfransı keçirilib
3 sentyabr 2026-cı il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, idarənin rəhbər şəxsləri, rayon təhsil sektorlarının müdirləri bə idarənin əməkdaşları iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər və Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sentyabr konfransının əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, yeni tədris ili üzrə fəaliyyət istiqamətlərini formalaşdırmaq, eləcə də ötən tədris ilinin nəticələrini təhlil və müzakirə etməkdir.
Konfrans çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə idarəetmənin təkmilləşdirilməsi və təlim nəticələrinin daha da yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələr nəzərdən keçirilib.
Bu ilki konfransın gündəliyində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması kimi məsələlərə xüsusi diqqət yetirilib.
Həmçinin ümumi təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili, qabaqcıl təcrübələrin tətbiqi və mövcud çağırışlara uyğun yeni yanaşmaların formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Sentyabr konfransı iştirakçılar üçün ötən tədris ilinin nəticələrini dəyərləndirmək, qarşıda duran prioritetləri müəyyənləşdirmək, qabaqcıl təcrübələri bölüşmək və yeni tədris ilində vahid yanaşmalar əsasında fəaliyyətin təşkili baxımından mühüm platforma olub.
Yeni Şərh