Quba-Xaçmaz Regional Təhsil İdarəsi və tabeliyində fəaliyyət göstərən yerli təhsil sektorları tərəfindən IV və VI siniflər üzrə keçiriləcək monitorinqlərlə əlaqədar sinif nəzarətçiləri və imtahan rəhbərləri ilə görüş keçirilmişdir.
Görüş zamanı monitorinqlərin təşkili qaydaları, imtahan prosesində iştirak edən şəxslərin vəzifə və məsuliyyətləri, qiymətləndirmənin şəffaf və obyektiv aparılmasının təmin edilməsi, imtahan materiallarının qorunması, eləcə də monitorinq günündə əməl olunmalı prosedurlar barədə ətraflı məlumat verilmişdir. İştirakçıları maraqlandıran suallar cavablandırılmış, monitorinq prosesinin mövcud normativ tələblərə uyğun təşkil olunmasının vacibliyi diqqətə çatdırılmışdır.
Sonda bütün məsul şəxslərə monitorinqlərin yüksək səviyyədə və qaydalara uyğun keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Yeni Şərh