Siyəzən rayonunda təhsil sahəsində uğur qazanmış gənclərlə görüş keçirilib

13 sentyabr 2024-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbində Siyəzən rayon ümumi təhsil müəssisələri üzrə 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclər və Beynəlxalq STEAM Azərbaycan Festivalında III yeri tutan şagirdlərlə görüş keçirilmişdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu, islahatları, yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi sahəsindəki uğurlardan danışmış, tələbə adını qazanan gəncləri və olimpiada qalibi olan şagirdləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Tələbə adını qazanan gənclər yaradılan şəraitə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda, 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclərə və Beynəlxalq STEAM Azərbaycan Festivalında III yeri tutan şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ