Quba–Xaçmaz Regional Təhsil İdarəsi üzrə valideyn konfransları davam edir
Dekabrın 10-da Siyəzən şəhərində məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi məqsədilə “Uşağın psixoloji və emosional inkişafı” mövzusunda regional valideyn konfransı keçirilib.
Tədbirdə Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri Elşad Sultanov, təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar, müəllimlər və 380-dən çox valideyn iştirak edib.
Konfransda uşaqların psixoloji və emosional inkişafı, rəqəmsal təhlükəsizlik və onlayn mühitdə onların qorunması ilə bağlı tövsiyələr təqdim edilib. Sessiyalar zamanı valideynlərin sualları cavablandırılıb və onların təklifləri dinlənilib.
Konfransın məqsədi məktəb və ailə arasında əməkdaşlığı gücləndirmək, valideynlərin təhsil prosesində fəal iştirakını təmin etmək, onları uşaqların inkişaf göstəriciləri barədə məlumatlandırmaq və məktəb–valideyn əməkdaşlığını daha sistemli şəkildə təşkil etmək olub.
Yeni Şərh