Respublika fənn olimpiadalarında uğur qazanaraq II turda iştirak hüququ əldə etmiş şagirdlərin təhsil aldığı Quba rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi olimpiadanın növbəti mərhələsinə vəsiqə qazanan şagirdlərin hazırlıq prosesinin daha səmərəli təşkili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olub.

🟢Tədbirdə Quba rayon təhsil sektorunun müdiri Pərviz Nurməmmədov iştirak edərək çıxışında şagirdlərin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, onların uğurunda müəllimlərin və məktəb rəhbərlərinin rolunu xüsusi vurğulayıb. O, II turda daha yüksək nəticələrin əldə olunması üçün sistemli və məqsədyönlü hazırlığın vacibliyini diqqətə çatdırıb.

🟢Görüş zamanı şagirdlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, əlavə məşğələlərin təşkili, motivasiyanın artırılması və metodiki dəstəyin gücləndirilməsi məsələləri müzakirə olunub. Məktəb rəhbərlərinə müvafiq tövsiyələr verilib və qarşıdakı mərhələdə uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub.

🟢Qeyd edək ki, cari ildə Quba rayonu üzrə Respublika fənn olimpiadalarında iştirak edən 705 nəfər şagirddən 129 nəfəri növbəti tura vəsiqə qazanıb.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #RFO