Təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
13 avqust 2025-ci il tarixində Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilmişdir.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova iştirak etmişdir. Tədbir zamanı IV siniflər üzrə aparılmış monitorinqin nəticələri təhlil olunmuş, tədris prosesinin səmərəliliyinin artırılması istiqamətində icrası nəzərdə tutulan tədbirlər müəyyənləşdirilmişdir.
Eyni zamanda, Pərvinə Qədimova tərəfindən ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi mövzusunda seminar keçirilmiş, iştirakçılara metodik tövsiyələr təqdim edilmiş və məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılmışdır.





Yeni Şərh