Yeni təyin olunmuş direktorlarla görüş keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə təyin olunmuş direktorlarla görüş keçirilmişdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev təyinat münasibətilə məktəb direktorlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə həmçinin əmək intizamı, məktəbəqədər, fərdi təhsil, ev təhsili, dərs bölgüsü, kadr işinin təşkili və digər mövzular barədə məlumat verilib, əsas tapşırıqlar direktorların diqqətinə çatdırılıb.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ