Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak etmişdir.
Görüş zamanı ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və qiymətləndirmə nəticələrinin təhlili istiqamətində müzakirələr aparılmışdır. Eyni zamanda XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri, eləcə də V siniflərdə informatika fənni üzrə diaqnostik qiymətləndirmələrin nəticələrinin statistik göstəriciləri təhlil olunmuşdur.
Bununla yanaşı, IV və VI siniflər üzrə keçiriləcək monitorinqlərin təşkili, monitorinq prosesində diqqət yetiriləcək əsas istiqamətlər və hazırlıq məsələləri də görüş zamanı müzakirə edilmiş, məktəb rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Sonda tədris prosesinin daha səmərəli təşkili, müəllim-şagird fəaliyyətinin monitorinqi və nəticəyönümlü fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Yeni Şərh