Gənc müəllimlərlə görüş keçirilmişdir

Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər iştirak etmişdir.

Tədbirdə gedişində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə mahnı və rəqs nömrələri nümayiş olunmuşdur.

Tədbirin sonunda bir qrup gənc müəllim fəxri fərman və hədiyyələrlə təltif olunmuşdur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #gənclərgünü