Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrini rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Quba–Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak etmişdir.
Görüşün əsas məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimatlarına uyğun olaraq məktəbdənkənar təhsilin keyfiyyətinin yüksəldilməsi və müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğun təşkili məsələlərini müzakirə etmək olub.
Görüşdə müəssisələrin cari fəaliyyəti və keyfiyyət göstəriciləri nəzərdən keçirilib, voleybol, basketbol, futbol və digər kütləvi idman növləri, eləcə də teatr, xor, rəqs, musiqi və digər mədəni-incəsənət istiqamətləri üzrə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin müəssisələrin kadr potensialının və infrastruktur imkanlarının təhlil edilməsi, mövcud imkanlardan səmərəli istifadə olunması və fəaliyyətin daha effektiv təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Sonda müəssisə rəhbərlərinə fəaliyyət istiqamətləri üzrə müvafiq tapşırıq və tövsiyələr verilib.
Yeni Şərh