12 yanvar 2026-cı il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhəri Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində məktəbin məzunları ilə görüş keçirilmişdir.
Görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, peşəkar psixoloqlar Fidan Bağırova və Mənsur Xaspoladov iştirak etmişlər. Tədbir zamanı məzunların ali təhsil müəssisələrinə qəbul prosesi, ixtisas seçiminin düzgün aparılması, imtahanlara psixoloji hazırlıq, stresin idarə olunması və motivasiyanın artırılması mövzularında geniş müzakirələr aparılmışdır.
Mütəxəssislər tərəfindən şagirdlərin sualları ətraflı cavablandırılmış, gələcək təhsil və karyera planlaması ilə bağlı faydalı tövsiyələr verilmişdir. Görüş interaktiv formatda keçmiş və məzunlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Yeni Şərh