Qubada yüksək nəticə göstərən məzun və şagirdlərlə görüş keçirilib
1 sentyabr 2026-cı il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu üzrə ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ilini uğurla başa vuran, ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlar və digər yüksək nəticələr əldə etmiş şagirdlərlə görüş keçirilib.
Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba rayonu üzrə təhsil sektorunun əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, məzunlar və yüksək nəticə göstərən şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev məzunları qazandıqları uğurlar münasibətilə təbrik edib, onların əldə etdiyi nəticələrdə müəllim və valideynlərin əməyini xüsusi qeyd ediblər.
Çıxışlar zamanı bildirilib ki, ümummilli lider Heydər Əliyevin ölkənin inkişafında təhsilə verdiyi xüsusi önəm bu gün də öz bəhrəsini verir. Ulu Öndərin müəyyən etdiyi təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir.
Görüş zamanı ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan məzunlar çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, gələcək təhsil həyatları ilə bağlı fikirlərini bölüşüblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Yeni Şərh