Qarabağ Universiteti ilə bağlı məlumatlandırıcı görüş keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin X və XI sinif şagirdlərinin iştirakı ilə Qarabağ Universiteti barədə məlumatlandırıcı görüş keçirilib.

Tədbirdə Qarabağ Universitetinin nümayəndələri – Humanitar və Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İnstrumental ifaçılıq kafedrasının müdiri Aslan Növrəsli və Tədris şöbəsinin müdiri Leyla Əliyeva iştirak ediblər.

Görüş zamanı iştirakçılara Qarabağ Universitetinin bakalavriat səviyyəsinə qəbul prosesi, qəbul aparılacaq ixtisaslar, tələbələr üçün yaradılmış şərait, tədris imkanları və gələcək karyera perspektivləri haqqında ətraflı məlumat təqdim edilib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #Qarabağuniversiteti