Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə valideyn konfranslarına start verilib
Dekabrın 11-də Qusar şəhərində məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi məqsədilə “Uşağın psixoloji və emosional inkişafı” mövzusunda regional valideyn konfransı keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev, Qusar rayonu üzrə təhsil sektorunun müdiri Nairə Kliçova, təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar, müəllimlər və 167-dən çox valideyn iştirak edib.
Konfrans zamanı valideyn-məktəb əlaqələrinin gücləndirilməsi, sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri, tədris motivasiyasının və öyrənməyə marağın artırılması ilə bağlı müvafiq tövsiyələr təqdim olunub. Sessiyalar çərçivəsində valideynlərin sualları cavablandırılıb, onların təklifləri dinlənilib.
Konfransın əsas məqsədi məktəb və ailə arasında əməkdaşlığı daha da gücləndirmək, valideynlərin təhsil prosesində fəal iştirakını təmin etmək, onları uşaqların inkişaf göstəriciləri barədə məlumatlandırmaq və məktəb-valideyn əməkdaşlığının daha sistemli şəkildə qurulmasına şərait yaratmaqdır.
Yeni Şərh