Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə valideyn konfranslarına start verilib
Dekabrın 10-da Xaçmaz şəhərində məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi məqsədilə “Tədris motivasiyası və öyrənməyə marağın artırılması” mövzusunda regional valideyn konfransı keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev, təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar, müəllimlər və 160-dan çox valideyn iştirak edib.
Konfrans zamanı valideyn-məktəb əlaqələrinin gücləndirilməsi, uşaqların psixoloji və emosional inkişafı, sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri ilə bağlı müvafiq tövsiyələr təqdim olunub. Sessiyalar çərçivəsində valideynlərin sualları cavablandırılıb, onların təklifləri dinlənilib.
Konfransın əsas məqsədi məktəb və ailə arasında əməkdaşlığı daha da gücləndirmək, valideynlərin təhsil prosesində fəal iştirakını təmin etmək, onları uşaqların inkişaf göstəriciləri barədə məlumatlandırmaq və məktəb-valideyn əməkdaşlığının daha sistemli şəkildə qurulmasına şərait yaratmaqdır.
Yeni Şərh