2026–2027-ci tədris ili ilə əlaqədar Siyəzən rayonu təhsil işçilərinin sentyabr konfransı təşkil olunub.
Konfransda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati-Təşkilat sektorunun müdiri Kamran Əliyev, Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının müavini Ruhiyə Hacıyeva, Siyəzən rayonu üzrə Təhsil Sektorunun müdiri Elşad Sultanov və rayon ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri və pedaqoji heyət iştirak ediblər.
Görüş zamanı ötən tədris ilinin yekunlarına dair hesabat xarakterli təqdimat nümayiş etdirilib. Siyəzən rayonu üzrə şagirdlərin təlim nəticələri, məktəblərin fəaliyyət göstəriciləri və əldə olunan nailiyyətlər nəzərdən keçirilib, inkişaf etdirilməsi vacib olan sahələr üzrə mövcud vəziyyət dəyərləndirilib.
Yeni tədris ilinin prioritetləri ilə bağlı təqdimatda təhsil müəssisələrinin qarşısında duran konkret vəzifələr açıqlanıb. Şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təlim nəticələrinin yüksəldilməsi və məktəblərin fəaliyyətinin daha səmərəli qurulması üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
Tədbirdə müəllimlərin metodiki və peşəkar bacarıqlarının inkişaf etdirilməsi, təlim prosesində müasir yanaşmalardan istifadənin genişləndirilməsi, məktəb rəhbərlərinin idarəetmə fəaliyyətinin təkmilləşdirilməsi və təhsilalanların fərdi inkişafına daha çox diqqət yetirilməsi məsələləri də müzakirəyə çıxarılıb.
Bununla yanaşı, məktəblərdə təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, şagirdlərin olimpiada və müxtəlif müsabiqələrə hazırlığının gücləndirilməsi, valideynlərlə əməkdaşlığın daha effektiv qurulması və hər bir təhsilalan üçün əlverişli təhsil mühitinin yaradılması istiqamətində təkliflər səsləndirilib.
Konfrans iştirakçıları yeni tədris ilində qarşıya qoyulan məqsədlərin reallaşdırılması ilə bağlı fikir və təkliflərini bölüşüb, məktəblərin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün görüləcək işlər ətrafında müzakirələr aparıblar.
Yeni Şərh