7 may 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondu tərəfindən tələbə təhsil kreditləri ilə bağlı ətraflı məlumat vermək və bu sistemin əhəmiyyəti və imkanları haqqında fikir mübadiləsi aparmaq məqsədilə Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində görüş keçirilmişdir.

Tədbirdə Quba rayonunun ümumtəhsil müəssisələrində təhsil alan X-XI sinif şagirdləri iştirak etmişlər.

Görüş zamanı 150-dən artıq şagirdə tələbə təhsil kreditləri ilə bağlı geniş məlumat təqdim olunmuş, onları maraqlandıran suallar cavablandırılmış və kredit sisteminin üstünlükləri barədə ətraflı müzakirələr aparılmışdır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ