Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, 2021–2025-ci illər ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keyfiyyət monitorinqləri aparılmış ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilmişdir. Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova və ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir.

Tədbir zamanı hazırlanmış fərdi hesabatlar təhlil olunmuş, aşkar edilmiş çatışmazlıqlar və inkişaf istiqamətləri müzakirə edilmişdir. Eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ