“Tam orta məktəb” layihəsinə cəlb olunmuş ümumtəhsil məktəblərinin pedaqoji kollektivi ilə görüş keçirilib

Yanvarın 28-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində “Tam orta məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərən Quba şəhəri Tələt Mikayılov adına 5 nömrəli, Xaçmaz şəhəri Abamüslüm Səlimov adına 7 nömrəli və Siyəzən şəhəri Rasim Ramazanov adına 5 nömrəli tam orta ümumtəhsil məktəblərinin pedaqoji heyəti ilə görüş keçirilmişdir.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və Tədrisin Keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak etmişdir.

Tədbir zamanı layihənin cari vəziyyəti barədə məlumat verilmiş, layihəyə cəlb olunmuş məktəblərdə görülən işlər və əldə olunan nəticələr müzakirə edilmişdir. “Tam orta məktəb” layihəsinin əhəmiyyəti vurğulanmış, layihənin əhatə dairəsinin genişləndirilməsi və daha çox məktəbi və şagirdi əhatə etməsi üzrə gələcək inkişaf istiqamətləri müzakirə olunmuşdur.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ