Quba–Xaçmaz Regional Təhsil İdarəsi üzrə valideyn konfransları davam edir
Dekabrın 10-da Şabran şəhərində məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi məqsədilə “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” mövzusunda regional valideyn konfransı keçirilib.
Tədbirdə Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, Şabran rayonu üzrə təhsil sektorunun müdiri Emin Mövsümov, təhsil müəssisələrinin rəhbərləri və 120 nəfər valideyn iştirak edib.
Konfransda uşaqların psixoloji və emosional inkişafı, eləcə də rəqəmsal təhlükəsizlik mövzuları üzrə məlumatlandırma aparılıb. Sessiyalar zamanı valideynlərin sualları cavablandırılıb və onların təklifləri dinlənilib.
Konfransın məqsədi məktəb və ailə arasında əməkdaşlığı gücləndirmək, valideynlərin təhsil prosesində fəal iştirakını təmin etmək, onları uşaqların inkişaf göstəriciləri barədə məlumatlandırmaq və məktəb–valideyn əməkdaşlığını daha sistemli şəkildə təşkil etmək olub.
Yeni Şərh