Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu üzrə ümumtəhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak etmişdir.

Görüş zamanı Şabran rayonu üzrə ümumtəhsil müəssisələrində IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri təhlil edilmiş, əldə olunan göstəricilər geniş şəkildə müzakirə olunmuşdur. Eyni zamanda nəticələrin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmışdır.

Həmçinin "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində informatika fənni üzrə aparılan diaqnostik qiymətləndirmələrin nəticələri nəzərdən keçirilmiş, mövcud vəziyyət təhlil olunmuş və şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılması istiqamətində görüləcək işlər müzakirə edilmişdir.