29 aprel 2026-cı il tarixində Təhsil Tələbə Krediti Fondu tərəfindən tələbə təhsil kreditləri ilə bağlı ətraflı məlumat vermək və bu sistemin əhəmiyyəti və imkanları haqqında fikir mübadiləsi aparmaq məqsədilə Quba rayonu Birinci Nügədi kəndi Zəki Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində görüş keçirilmişdir.

Tədbirdə Quba rayonunun ümumtəhsil müəssisələrində təhsil alan X-XI sinif şagirdləri iştirak etmişlər.

Görüş zamanı 130-dan artıq şagirdə tələbə təhsil kreditləri ilə bağlı geniş məlumat təqdim olunmuş, onları maraqlandıran suallar cavablandırılmış və kredit sisteminin üstünlükləri barədə ətraflı müzakirələr aparılmışdır.