“Valideyn konfransları”na start verilib
Ümumi təhsil müəssisələrində məktəb–ailə əməkdaşlığının gücləndirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində “Valideyn konfransları” keçirilir. Tədbirlərdə valideynlər, direktorlar, müəllimlər, psixoloqlar, eləcə də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə şagirdlərin təlim-tərbiyə prosesinə dair aktual mövzuları müzakirə edilir.
Konfranslar çərçivəsində “Təhsildə ailənin rolu və əməkdaşlıq yolları”, “Şagirdlərin emosional inkişafı və psixoloji rifahı”, “Uğurlu tərbiyənin sirri: məktəb və valideyn əməkdaşlığı” mövzularında təqdimatlar keçirilib. Həmçinin uşaqların davranış xüsusiyyətləri, təhlükəsizlik məsələləri, psixoloji dəstək yanaşmaları, yeniyetməlik dövrünün çətinlikləri, ailə daxili ünsiyyət və valideyn-müəllim münasibətlərinin əsasları barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Konfransların əsas məqsədi məktəb və ailə arasında qarşılıqlı əlaqəni möhkəmləndirməklə şagirdlərin akademik, sosial və emosional inkişafını dəstəkləmək, valideyn iştirakını daha sistemli təşkil etmək və təhsil prosesində üzə çıxan məsələlərin birgə həllinə nail olmaqdır.
Qeyd edək ki, bu çərçivədə baş tutan valideyn konfransları ölkə üzrə ardıcıl şəkildə davam etdiriləcək.
Yeni Şərh