Dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı bölmələrinə I sinfə qəbul prosesi çərçivəsində müsahibələr davam edir.

Müsahibələrin obyektiv və şəffaf şəkildə keçirilməsini təmin etmək məqsədilə proses videoçəkilişlə müşayiət olunur. Eyni zamanda, valideynlərin müsahibədə iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində sözügedən müsahibələr 14-28 may tarixlərində keçiriləcək.

Müsahibədən uğurla keçən uşaqların valideynləri 17 iyun–12 sentyabr tarixləri arasında məktəb və müəllim seçimi edə biləcəklər.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ