📌 2025–2026-cı tədris ili üzrə I sinfə qəbul prosesi davam edir!

Mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.

✅ Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

🔗 Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

📍 İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

📅 Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

🔔 Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.

#MÜTDA #EduAz #BirinciSinfəQəbul