Övladını lisey və gimnaziyaların rus bölməsi üzrə müsabiqəsinə qeydiyyatdan keçirən valideynlərin nəzərinə!

Aşağıda adları qeyd edilən lisey və gimnaziyaların rus bölməsi üzrə birinci sinfinə qəbul üçün nəzərdə tutulmuş boş yerlərin sayı müraciət edən uşaqların sayından çox olduğundan müsabiqə ləğv edilmişdir. Müsabiqəyə qeydiyyatdan keçirilən uşaqlar müsabiqədə iştirak etmədən 1-ci sinfə qəbul edilmişdir. Təbrik edirik!

Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi Bakı şəhəri ‘Zəngi’ liseyi Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

30 iyun 2025-ci il tarixindən etibarən http://mektebeqebul.edu.az/ saytında şəxsi kabinetə daxil olaraq ətraflı məlumatla tanış ola bilərsiniz.

#MÜTDA #EduAz