İT təmayüllü siniflərdə monitorinq həyata keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində və Qusar şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən İT təmayüllü siniflərdə monitorinq həyata keçirilib.
Monitorinq zamanı dərslərin təşkili, tədris prosesi və şagirdlərin dərsə fəallıq və iştirak səviyyəsi ilə yaxından tanış olunub. İT təmayüllü siniflərin əsas məqsədi şagirdlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların gələcək İT ixtisasları və peşələrinə hazırlanmasıdır.
Qeyd edilib ki, bu siniflərdə informatika fənni həftədə 5 saat tədris olunur. Xüsusi təlim keçmiş müəllimlər tərəfindən şagirdlərə Python proqramlaşdırma dili vasitəsilə alqoritmlər və verilənlər strukturları, oyun dizaynı, veb-dizayn və layihələndirmə kimi müasir istiqamətlər üzrə biliklər aşılanır.
Layihə çərçivəsində şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, onların innovativ düşüncə tərzinin formalaşdırılması və İT sahəsində praktiki bacarıqlarının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
Yeni Şərh