Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonları üzrə ümumtəhsil müəssisələrinin IV–IX sinif şagirdləri arasında monitorinqlər təşkil edilmişdir.

Monitorinqin məqsədi şagirdlərin fənlər üzrə bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi, tədris proqramlarının mənimsənilmə vəziyyətinin qiymətləndirilməsi, təlimdə mövcud boşluqların aşkarlanması, müəllim fəaliyyətinin səmərəliliyinin təhlili və əldə olunan nəticələr əsasında tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş məqsədyönlü tədbirlərin planlaşdırılmasıdır.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ #Monitorinq