Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində “Tam orta məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərən Xaçmaz şəhəri Abamüslüm Səlimov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində olmuş, tədris prosesi ilə yaxından tanış olmuşdur.

Məktəbdə keçirilən monitorinq zamanı dərs məşğələlərinin təşkili, müəllimlərin fəaliyyət istiqamətləri, şagirdlərin dərsə davamiyyəti və təlim nailiyyətləri müşahidə edilmişdir. Eyni zamanda təhsil müəssisəsində yaradılmış tədris mühiti, məktəbin idarəetmə sistemi və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılmışdır.

Görüş çərçivəsində məktəb rəhbərliyi və pedaqoji heyətlə söhbət aparılmış, tədris prosesinin daha səmərəli təşkili, nəticəyönümlü fəaliyyətin gücləndirilməsi və şagird nailiyyətlərinin yüksəldilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.