Quba və Qusar rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri "Fibonacci" Beynəlxalq Robot Olimpiadasında uğur qazanıblar!

Qusar şəhərində fəaliyyət göstərən Kavkaz Robotics School-un şagirdləri, müəllimləri David Əliyevin rəhbərliyi altında, 1-2 mart 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən "Fibonacci" Beynəlxalq Robot Olimpiadasında "Mini Sumo Robot" kateqoriyasında yüksək nəticə əldə ediblər. Quba və Qusar rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin komandaları üç birinci yer və bir üçüncü yer qazanaraq növbəti mərhələyə, yəni Türkiyədə keçiriləcək yarışa vəsiqə qazanıblar.

Bütün qalib şagirdlərimizi təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!

#MÜTDA #EduAz #QubaXaçmazRTİ