Martın 2-də Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 16 mərkəzdə təşkil olunmuş müsabiqədə iştirak etmək üçün ümumilikdə 5304 şagird qeydiyyatdan keçib.
Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, Fənn müsabiqələri isə VI-VII siniflər üçün təşkil olunur. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak ediblər.
Yeni Şərh