İnformatika üzrə Respublika Fənn Olimpiadalarının qalibləri müəyyən edilib!
25–26 aprel 2025-ci il tarixlərində Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetində keçirilən informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının nəticələri açıqlanıb. Şagirdlər nəticələrlə portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq tanış ola bilərlər.
Final mərhələsində iştirakçılar tərəfindən təqdim olunan 5023 həll avtomatik qiymətləndirmə sistemi vasitəsilə yoxlanılıb.
Olimpiadada qalib olan bütün şagirdlərimizi təbrik edirik!
Yeni Şərh