“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının yarımfinal mərhələsi keçirilib

24 may 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə təşkil edilən “Qərbi Azərbaycana Qayıdış” olimpiadasının yarımfinal mərhələsi keçirilib.

Olimpiadada Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan ümumilikdə 78 şagird iştirak edib.

İştirakçılara Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı müxtəlif sahələri əhatə edən suallar təqdim olunub.

Qeyd edək ki, yarımfinal mərhələsinin nəticələri 2 iyun 2025-ci il tarixindən etibarən elan olunacaq.

IX–X sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai və tarixi şəxsiyyətləri, toponimləri və folkloru barədə maarifləndirmə aparmaq və bu sahələr üzrə biliklərin dərin şəkildə mənimsənilməsini təmin etməkdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #QərbiAzərbaycanaQayıdış