“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi təşkil edilib
Mayın 3-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi təşkil olunub. Region üzrə 4 mərkəzdə təşkil olunan olimpiadada ümumilikdə 449 şagird iştirak edib.
Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri və folkloru barədə maarifləndirmə aparmaq, bu sahədə biliklərin dərindən mənimsənilməsini təmin etməkdir.
Yeni Şərh